Sayfalar

Recent Posts

2008/02/22

LOST ÇILGINLIĞI




Sonunda Lost çılgınlığına Azeri kardeşlerimizde katıldı. Ne diyelim bizede hayırlı seyirler demek düşer. Orjinal Azerice Lost tanıtımı


"Mistika, adrenalin və MƏHƏBBƏT!
Öz reytinqi ilə "Qanun-Qayda" serialını geridə qoyaraq 18.7 milyon tamaşaçı toplayan "Sag qalmaq" gələn həftə ANS TV-də nümayiş olunacaq

Faciəvi şəkildə qəzaya uğrayaraq adaya düşmüş təyyarənin 48 sərnişini ekstremal vəziyyətlərdə nə olursa olsun sağ qalmalı, həyat uğrunda mübarizə aparmalıdırlar. Bunların içində panikaya düşən də, sabahı ümidlə gözləyən də var. Dünənə qədər bir-birini tanımayan bu fərqli, yad insanlar birləşməli və sağ qalmağa çalışmalıdırlar. Tezliklə məlum olur ki, bu yerlər heç də ilk baxışda göründüyü kimi təhlükəsiz və sakit ərazi deyil. Bilinməyən, tükürpərdici səslər, çağırılmamış qonaqları daim vahimədə saxlayır. Eyni şərtləri paylaşmaqlarına baxmayaraq hər kəs özünü fərqli aparır. Həm də bu təsadüfi qrupda hamının öz sirri var. Daimi qorxu duyğusu, mistika, adrenalin... Hər seriyası, hər anı gözlənilməz səhnələrlə dolu olan, məharətli aktyor ifası ilə seçilən – “Sağ qalmaq” – serialı... 25 iyundan etibarən həftə içi 5 gün, saat 22 00-də ANS TV-də /ANSPRESS/ "

0 comments:

Yorum Gönder